Ermənistanda vətəndaşlar Azərbaycanla sərhədin delimitasiyasına etiraz əlaməti olaraq bir neçə bölgədə avtomobil yollarını bağlayıb. 

Sakinlər İrəvan-Gümri avtomobil yolunu, Baqrataşendə Ermənistan-Gürcüstan yolunun bir hissəsini bağlayıblar.

Bununla yanaşı, paytaxt İrəvanda, eləcə də Tavuş, Ararat, Geqarkunik vilayətlərində də yollar bağlanıb.  

Sakinlər ölkənin Baş naziri Nikol Paşinyana qarşı şüarlar səsləndirir.

Polisin aksiya iştirakçılarını saxlamağa başladığı bildirilir.

İstinadlar Qafqazinfo