Ermənistanın sabiq təbiəti mühafizə naziri Aram Arutyunyanın 14 milyon ABŞ dolları məbləğində rüşvət alması ilə bağlı iş üzrə istintaq tamamlanaraq məhkəməyə göndərilib. Sabiq nazir, deputatdan ibarət dəstənin 14 milyon dollarlıq rüşvət alması faktlarla müəyyənləşdirilib.

Bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Cinayətkar şəbəkənin fəaliyyət sxeminə həmçinin keçmiş deputat Aleksan Petrosyan, Sevan Psixiatriya Xəstəxanasının keçmiş rəhbəri Qaqik Karapetyan, həmçinin Arutyunyanın qohumları Araks Dilanyan və Viktor Martirosyan da daxildir.

Arutyunyan biznesmen Silva Hambarzumyandan şirkətlərinə 10 mədən lisenziyası verdiyinə görə 14 milyon dollar alıb.

Pul hissə-hissə köçürülüb: – 6 milyon dollar Suren Avakyan, 8 milyon dollar Arutyunyanın qohumları – Araks Dilanyan, Qaqik Karapetyan, Armen Xaçatryanın hesabları vasitəsilə. Daha sonra pulun bir hissəsi nağdlaşdırılıb, köçürülüb və ya Arutyunyana, onun həyat yoldaşına verilib.

Arutyunyan və Aleksan Petrosyan pulun bir hissəsini Virgin adalarında qeydiyyatdan keçmiş “Tarasco Investment” şirkətinin hesablarına göndəriblər.

Həmçinin bildirilir ki, Arutyunyan səlahiyyətlərindən sui-istifadə edərək Jradzor SES-dən (Ani MMC-yə məxsusdur) gündəlik sudan istifadəyə icazə verib.

İstinadlar Report