Ermənistanın Xüsusi İstintaq Xidməti (XİX) Ermənistan silahlı qüvvələri Baş Qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə düşmən ölkənin Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olan general-polkovnik Movses Akopyanın mətbuat konfransında ölkə hakimiyyətini kəskin tənqid etməsindən sonra ona qarşı cinayət işi başladıb.

Bu barədə qurumun mətbuat katibi Marina Oqancanyan məlumat verib.

Daha əvvəl Akopyan ölkənin hərbi-siyasi rəhbərliyini Qarabağda vəziyyətin kəskinləşməsi zamanı səfərbərlik, silah alınması, silahlı qüvvələrin döyüş vəziyyətinə keçirilməsi ilə əlaqədar çoxsaylı səhvlərdə günahlandırıb.

XİX-dən bildiriblər ki, mətbuat konfransı ilə əlaqədar toplanan materiallar əsasında Akopyana qarşı “ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə” maddəsi ilə cinayət işi başladılıb.

Bu maddə üzrə maksimum cəza 6 il azadlıqdan məhrumetmədir.

İstinadlar Report