Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazasında əsgər ölümü hadisəsi baş verib.

Hərbi qulluqçunun 23 yaşı olub. Onun üzərində zorakılıq əlamətləri aşkarlanıb.

“Ölən 23 yaşlı hərbi qulluqçu Rusiyanın 102-ci hərbi bazasının əsgəridir. Onun bədənində kəsilmiş-deşilmiş izləri aşkarlanıb”, – deyə Ermənistanın İstintaq Komitəsinin məlumatında deyilir.

Faktla bağlı cinayət işi açılıb.

İstinadlar Qafqazinfo