Ermənistanda eks-prezident Robert Koçaryana qarşı cinayət işi bərpa edilib.
Bu barədə Ermənistan Kassasiya Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, Antikorrupsiyaya Kassasiya Məhkəməsi hakim Anna Danibekyanın Robert Koçaryanın, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun, keçmiş müdafiə naziri Seyran Ohanyanın və baş nazirin keçmiş müavini Armen Gevorqyanın işinə xitam verilməsi barədə qərarını ləğv edib.