Ermənistanda “Referendum haqqında” konstitusiya qanununa referendum qaydalarının sadələşdirilməsini nəzərdə tutan əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi parlamentin gündəliyinə salınıb.

Yeni layihəyə görə, referendum keçirməklə bağlı təşəbbüs irəli sürmək üçün hazırkı 50 min imza əvəzinə 25 min imza toplamaq kifayət edəcək.

Həmçinin indiki 50 nəfərə qarşı 225 nəfərin iştirak edə biləcəyi imzatoplama işləri üçün 45 gün yox, 60 gün vaxt ayırmaq nəzərdə tutulur.

Sözügedən qanun layihəsinin müəlliflərindən biri, iqtidardakı “Mənim addımım” alyansının parlament qrupunun üzvü Hamazasp Danielyan referendumların sadələşdirilməsi və şəffaflaşdırılması naminə elektron imza mexanizminin tətbiqinə tərəfdar çıxıb.

İstinadlar Report