Ermənistanda qızılcaya yoluxanların sayı artıb. Bu ölkədə ötən həftə qızılcaya 12 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hazırda bu xəstəliyə yoluxanların hamısı uşaqlardır. Bu il qızılcaya yoluxanların ümumi sayı 81 nəfərə çatıb: 62 uşaq və 19 böyük.

İstinadlar Report