Ermənistan paytaxtı Yerevanda polislə etiraz aksiyasının iştirakçıları arasında toqquşma olub.

Bu məlumatı “Novosti Armeniya” yayıb.

Aksiya iştirkçılaarı Akademik Opera və Balet Teatrının ərazisində fəaliyyət göstərən kafenin söklüməsinə etirazlarını bildiriblər. Polis güc tətbiq edərək aksiyanı dağıdıb. Bu zaman asayiş keşikçiləri ilə etirazçılar arasında toqquşma olub. Bununla belə kafenin əməkdaşları başqa ərazidə oturaq aksiya təşkil ediblər.

Qeyd edək ki, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ilk dəfə aksiya iştirakçıları ilə polis arasında qarşıdurma olub.

İstinadlar Report