Ermənistanın Armavir vilayətinin Nalbandyan kəndində polis əməkdaşlarının öldürülməsində və qətl törətmək cəhdində şübhəli bilinən 41 yaşlı Manuk Marqaryan saxlanılıb.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. O, daha əvvəl axtarışa verilmişdi.
Qeyd olunur ki, Marqaryan sentyabrın 8-də saat 02:40-da Armavir vilayətinin Nalbandyan icmasında aşkarlanıb. Hazırda İstintaq Komitəsindədir.