Ermənistana turist kimi gələn çinli Lei Manna İrəvanda polis əməkdaşı tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib.

Çin vətəndaşı bildirib ki, İrəvanda polis əməkdaşı ona qarşı əxlaqsız hərəkətlər edib. Hadisə iyunun 2-də baş verib. Belə ki, həmin gün qaldığı otel kirayə üçün verdiyi artıq pulun qalığını ona qaytarmayıb. Qadın bu səbəbdən polisə müraciət edib. Polis əməkdaşları gələndə o, otelin xaricində dayanıb. Onlardan biri turistə qarşı əxlaqsız hərəkətlər edib.
Çin vətəndaşı avtomobilə əyləşəndə polis əməkdaşı digər iş yoldaşlarının və tərcüməçinin yanında ona qarşı növbəti dəfə əxlaqsız davranış sərgiləyib.

İstinadlar Report