Ermənistanın Araqatsotn vilayətində ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvlərinin qohumları Baş nazir Nikol Paşinyanı təhqir edən bir qrup gənci güllələyib.

Bu barədə məlumatı “Politik-am” saytı yayıb.

İnsident Niqavan kəndində baş verib.

Belə ki, “Vətəndaş müqaviləsi” partiyasından Araqatsotn vilayətinin qubernatorunun müavini Eqdar Parvanyan və deputat Matevos Asatryanın qohumları bir qrup gənclə mübahisə edib. Daha sonradan sözügedən şəxslər “Kalaşnikov” tipli avtomatdan gəncləri atəşə tutub.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

İstinadlar Qafqazinfo