
Ermənistanın paytaxtı İrəvanda parlament binası yaxınlığında arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının mitinqi keçirilir.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“İyunun 12-də polislə toqquşmalarda xəsarət alanların hamısına xəstəxanalarda baş çəkmişəm. Hamımız ölkənin çevrildiyi böyük həbsxanadayıq”, – Qalstanyan mitinqdə bildirib.