Ermənistanda hökumət binasının qarşısında növbəti etiraz aksiyası keçirilib.

Bina qarşısında toplaşan aksiya iştirakçıları “Nikol xaindir” şüarını səsləndiriblər.

Baş nazir Nikol Paşinyan müxalifət tərəfdarlarının ona qarşı səsləndirdiyi şüarlar altında hökumət binasına daxil olub.

25 nəfər aksiya iştirakçısı polis tərəfindən saxlanılaraq bölmələrə aparılıb.

İstinadlar Qafqazinfo