Ermənistanın “Vətənin xilası hərəkatı”nın üzvləri Yerevanda Baqramyan prospektində parlament binası qarşısında növbəti mitinq keçirir.

Artıq müxalifət uzun müddətdir ki, prospektdə oturaq etiraz aksiyası keçirir. Aksiya iştirakçıları çadırlar qurub, prospekt isə bağlanıb.

Xatırladaq ki, ötən mitinqdə müxalifətin Baş nazir postuna namizədi Vazgen Manukyan bu gün bütün erməni xalqının iştirakı ilə böyük mitinq keçiriləcəyini bildirmişdi.

Mitinqdə 2 minədək insan iştirak edir.

***

Müxalifətin Baqramyan prospektində keçirdiyi mitinqi başa çatıb. Hazırda onlar prezident iqamətgahına doğru yürüş edirlər. Polis iqamətgahın mühafizəsini gücləndirib. 

***

Müxalifət nümayəndələri Yerevanın mərkəzinə yürüşü yekunlaşdıraraq yenidən Baqramyan prospektinə qayıdıblar. Prospektdə xeyli sayda polis keşik çəkir. 

İstinadlar Qafqazinfo