Ermənistan Prezidenti ilə vahid müxalifət nümayəndələrinin görüşü başlayıb.

Prezident Armen Sarkisyan ilə “Vətənin xilası hərəkatı”nın liderləri arasında görüş Prezident İqamətgahında keçirilir.

İclasda “Vətənin xilası hərəkatı”ndan Baş nazir postuna vahid namizəd Vazgen Manukyan, “Vətən” partiyasının sədri və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan, ARF nümayəndəsi Artsvik Minasyan və Ermənistan Respublika Partiyasının nümayəndəsi Vaqram Bağdasaryan iştirak edir.

“İndi Prezidentlə görüşə gedirik, bundan sonra Armen Sarkisyanın mövqeyini niyə dəyişdiyi bəlli olacaq. Bundan sonra sualları cavablandıracağam”, -deyə Vanetsyan görüş öncəsi jurnalistlərə açıqlamasında bildirib.

İstinadlar Qafqazinfo