
Ermənistanın müxalif “Hayastan” fraksiyasının deputatı Aram Vardevanyan deputat mandatından imtina edib.
Bu barədə məlumatı deputat öz sosial şəbəkə hesablarında paylaşıb.
Deputat bu gün bununla bağlı müvafiq açıqlama verəcəyini bildirib. O qeyd edib ki, bu, onun şəxsi qərarı olsa da, qərarını fraksiyadan olan həmkarları ilə müzakirə edib.
Bununla belə, Vardevanyan hansı səbəbdən öz mandatından imtina etdiyini açıqlamayıb.