Ermənistanın müdafiə naziri Suren Papikyanın dəbdəbəli, məmurun aylıq maaşı ilə uzlaşmayan toy mərasimi bu ölkənin ictimai xadimləri, sadə vətəndaşları arasında geniş rezonans doğuraraq narazılıq yaradıb. Bir sıra ictimai şəxslər müdafiə nazirinini gəlirləri ilə bağlı araşdırmaların aparılması zəruriliyinə diqqət çəkiblər.

Toy mərasimi isə Qaqik Sarukyanın ailəsinə məxsus “Firon” restoran kompleksində baş tutub. Toyun aparıcısı “bahalı” tamada kimi tanınan Xoren Lonyan olub. Qeyd edilir ki, o, toy mərasimlərində 10-15 min ABŞ dollarına tamadalıq edir.

Mərasimdə Baş nazir Nikol Paşinyan və xanımı da iştirak edib, qonaqların ümumi sayı 500 nəfəri keçib.

İstinadlar Report