Ermənistanda külli miqdarda saxta valyuta alveri ilə məşğul olan cinayətkar qrup aşkarlanıb.

Bu barədə İstintaq Komitəsi xəbər yayıb.

Komitənin Dərələyəz mahalı (dəyişdirilmiş adı “Vayots dzor”) üzrə istintaq idarəsində polislə birgə aparılan istintaq zamanı satış məqsədi ilə külli miqdarda saxta valyutanın əldə edilməsi, saxlanması və daşınması faktı aşkarlanıb.

Məlum olub ki, İrəvan sakini satmaq məqsədi ilə digər paytaxt sakinindən 100 dollarlıq əskinaslara bənzəyən 300 ədəd saxta pul vahidi alıb. İlkin məlumatlara görə, o, saxta pulları Ermənistanın müxtəlif bölgələrində və icmalarında, əsasən təbii məhsullar alarkən satıb.

Bunun üçün o, sərnişin daşıyan dostu və həyat yoldaşı ilə bu saxta valyutanın alış-veriş yolu ilə dövriyyəyə buraxılması və satışı ilə bağlı razılığa gəlib və fevralın 7-də tanışının idarə etdiyi avtomobillə saxta əskinasları Vayots Dzor rayonuna aparıb.

Həmin gün Cermuk şəhərinin bazarında əskinasların satıcılara satışı yolu ilə 7 ədəd 100 dollarlıq saxta əskinas dövriyyəyə buraxılıb. Bir neçə gün sonra onlar yenidən saxta əskinasları alqı-satqı yolu ilə satmağa cəhd ediblər, lakin polis sərnişindaşıma ilə məşğul olan şəxsi şöbəyə aparıb. Şəxsi və nəqliyyat vasitəsinə baxış nəticəsində 11 ədəd 100 dollarlıq saxta əskinas aşkar edilərək götürülüb. Mənzilə baxış zamanı daha 46 əskinas aşkarlanıb.

Faktla bağlı dindirmələr, axtarışlar, yoxlamalar aparılıb, ekspertizalar təyin edilib.

Qeyd edilir ki, 4 təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatətlər göndərilib. Məhkəmənin qərarı ilə onlardan üçü barəsində həbs-qətimkan tədbiri seçilib, biri isə ev dustaqlığına buraxılıb.

İstinadlar Report