Ermənistanda son sutkada daha 243 nəfərdə COVID-19 aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 346 224-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 8 006-yaa yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 512 nəfərdir. İndiyədək 333 117 pasiyent infeksiyadan sağalıb.

İstinadlar Report