Ermənistanda son sutkada koronavirusa 212 yoluxma qeydə alınıb.

Məlumatı Ermənistanın Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 221 139-a çatıb. Məlumata görə, ölkədə son sutkada daha 13 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4346-ya yüksəlib.

İstinadlar Report