Ermənistanda son sutkada koronavirusa 298 yoluxma qeydə alınıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 208 818-ə çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 17 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 895 nəfərə yüksəlib.

İstinadlar Report