Ermənistanda son sutkada daha 547 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 12 364-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 190-a çatıb. Bildirilib ki, indiyədək 3 720 pasiyent infeksiyadan sağalıb. Hazırda Ermənistanda 8 385 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

İstinadlar Report