Ermənistanda daha 517 nəfərdə koronavirus aşkarlanıb, 19 nəfər ölüb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 10 009-a yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 19 nəfər artaraq 158-ə çatıb. Ötən sutka koronavirusdan ölənlərin 5-i qadın, 14-ü kişidir. Yeni ölənlərin yaş aralığı 50-86 arasıdır. Onların hamısında xronik xəstəliklər olub.

Bildirilib ki, indiyədək 3 427 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 6 368 aktiv koronavirus xəstəsi var.