Ermənistan Respublikaçılar Partiyasından keçmiş deputat Miqran Akopyanın avtomobili qumbara ilə partladılıb.

Bu barədə sabiq deputatın özü “Sputnik Armeniya”ya məlumat verib.

Onun sözlərinə görə, hadisə səhər saat 9.30 radələrində baş verib: “Partlayış nəticəsində mənim və qonşumun maşını zədələnib”.

Keçmiş deputat hadisəni siyasi fəaliyyəti ilə əlaqələndirib.

İstinadlar Report