Ermənistan prezidenti Armen Sarkisyan ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Ermənistanda növbədənkənar parlament seçkiləri 20 iyunda baş tutacaq.

Qeyd edək ki, bu gün Ermənistan parlamentinin deputatları xüsusi iclasda ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Nazirlər Kabineti rəhbərinin vəzifələrini icra edən Nikol Paşinyanın baş nazir postuna seçilməsinə ikinci dəfə səs verməyib.