Ermənistanın Baş Prokurorluğu ölkə polisinə jurnalist Ani Qevorkyanın ünvanına təhlükələr haqqında informasiyanı araşdırmağı tapşırıb.

Bu barədə baş prokurorun məsləhətçisi Qor Abramyan özünün feysbukdakı səhifəsində bildirib.

Onun sözlərinə görə, Baş Prokurorluqda jurnalistin ünvanına təhlükələr haqqında KİV-də dərc olunan yazılar, həmçinin müvafiq jurnalist təşkilatının bu barədə bəyanatı qeydə alınıb.

“Yerevan Prokurorluğu bu yazıları Yerevanın Polis İdarəsinə göndərdi, nəşrlərdə olan məlumatları, jurnalistin qeydlərini yoxlamağı və vəziyyəti öyrənməyi tapşırdı”, – deyə Abramyan yazıb.

Ermənistanın ombudsmanı Arman Tatoyan da həmçinin bildirib ki, polisə müraciət edəcək.

İstinadlar Report