Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında itkin düşən hərbçilərin ailə üzvləri və yaxınlarının etiraz aksiyası davam edir.

Məlumatı “Novosti Armeniya” yayıb.

Valideynlərdən biri deyib: “Mənim oğlum 11 gün xidmətdən sonra ön cəbhəyə, döyüşə göndərilib. Mən Müdafiə Nazirliyinin əməkdaşından soruşdum: Siz hansı haqla 11 günlük əsgəri ön cəbhəyə yollayırsınız? Mənə cavab verdilər ki, ölkədə hərbi vəziyyətdir. Bu gün valideynlərdən heç birinə cavab verə bilməyəcəkdilərsə, oğullarımızı niyə aparırdılar”.

İstinadlar Report