Ermənistanda üç nəfər insan oğurluğunda şübhəli bilinərək saxlanılıb.
Bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
Sentyabrın 18-nə keçən gecə polisə bir neçə nəfərin vətəndaşı zorla Eçmiədzinə aparması barədə məlumat daxil olub. Cinayətkarlar kişini söhbətə çağırıblar, sonra isə avtomobilə mindirərək aparıblar. Onlar borclarının qaytarılmasını tələb ediblər. Beş nəfər girovu döyüblər. Onlardan biri oğurladıqları kişinin ailəsini təhdid edib.
Faktla bağlı istintaq aparılır.