
Ermənistanda yanğın baş verən hərbi hissənin maddi-texniki təminat üzrə rəisi polkovnik-leytenant Qor Agekyan sözügedən insidentlə bağlı saxlanılıb.
Bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Hazırda Agekyanla bağlı istintaq aparılır. O, öz vəzifə öhdəliklərinə qarşı səhlənkarlıqla yanaşmaqda ittiham olunur.
Xatırladaq ki, yanvarın 19-u Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən hərbi hissələrdən birinin kazarmasında baş verən yanğın nəticəsində 15 erməni hərbçi ölüb, daha 3-ü isə yaralanıb.Yanğına səbəb benzinlə davranış qaydalarının pozulması olub. İlkin məlumata görə, hərbçilər kazarmanı isitmək üçün sobanı benzinlə yandırmağa çalışıb. İnsidentlə bağlı araşdırma davam etdirilir. Hadisədən sonra 5 yüksəkrütbəli hərbçi vəzifəsindən azad edilib.