
Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin komandiri benzin talonu oğurluğunda ittiham olunur.
Bu barədə ölkənin Antikorrupsiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, S.E. 2016-cı ildə hərbi hissə komandiri olub. Onun həmin ilin sentyabrın 8-də 2,5 milyon dram (11 min manata yaxın) məbləğində benzin yanacağının talonunu mənimsəməsinə dair çoxsaylı dəlil-sübutlar mövcuddur.

