
Ermənistanda müharibə cinayətləri ilə bağlı ittiham aktları artıb.
Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
2022-ci ildə Komitənin Baş hərbi istintaq idarəsi 6 510 işə baxıb, onlardan 2 112-nin (32,4%) istintaq başa çatıb. İttiham aktları 586 nəfərə (2021-ci illə müqayisədə təxminən 60 faiz çox) tərtib edilib.
Qeyd edilən müddətdə Ermənistan Silahlı Qüvvələrində xidmət qaydasının pozulması halları da nəzərə alınıb.
Ümumilikdə, 2022-ci ildə İstintaq Komitəsi tərəfindən baxılan cinayət işlərinin sayı 59 830 və ya 2021-ci illə müqayisədə demək olar, 43% çoxdur. Artım polisin və digər dövlət qurumlarının istintaq funksiyalarının İstintaq Komitəsinə ötürülməsi ilə bağlıdır. Bu baxımdan müstəntiqlərin iş yükü kəskin şəkildə artıb: orta hesabla onların hər birinə ötən il 83 deyil, 111 iş düşüb.