09:14

Ermənistanda hərbi hissələrin birində hərbçi özünü güllələyib.

Hərbçi silahla davranış qaydalarını pozması nəticəsində yaralanıb.

Hazırda onun vəziyyəti ağır olaraq qiymətləndirilir. Hadisə ilə bağlı araşdırma başlanılıb.

12:13

Ermənistanın İstintaq Komitəsi A.A adlı erməni hərbçinin yaralanmasının detallarını açıqlayıb. 

Məlumata görə, hərbçilərdən biri digər hərbçinin “AK-74” avtomatını təmizləyərkən atəş açılıb və A.A baş nahiyəsindən yaralanıb. O, xəstəxanaya çatdırılıb. Atəş açan hərbçi isə saxlanılıb.

 

İstinadlar Qafqazinfo