Ermənistanda İrəvan Məhkəməsinə Yerablur hərbi qəbiristanlığında məzarların güllərini oğurlayan üç nəfərin həbsinə dair vəsatət təqdim edilib.
Bu barədə İstintaq Komitəsi məlumat yayıb.
Daha əvvəl “Armlur-am” nəşri bildirib ki, bu işlə əlaqədar artıq iki nəfər həbs edilib. Həbs edilənlər istintaqa bildiriblər ki, məzarlar üzərində təzə güllər axtarıblar və sonra onları gül dükanlarına sataraq pul qazanıblar.
Həmin şəxslər barəsində cinayət işi başlanıb.
İlkin araşdırma davam edir.