Ermənistan parlamenti “Hərbi xidmət və hərbçilərin statusu haqqında” qanuna dəyişiklik layihəsini ikinci oxunuşda qəbul edib.

103 deputat layihənin lehinə səs verib, 2-si isə bitərəf qalıb.

Dəyişiklik müqavilə əsasında (müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu) xidmət edən hərbçilərin və zabit heyətinin ordu sıralarında daha çox qalmaları üçün yaş həddinin artırılmasını nəzərdə tutur.

Layihəyə əsasən, sıravi hərbçilər və aşağı rütbəli gizirlərin orduda xidmət üçün son yaş həddi 55-dək, kiçik rütbəli zabit heyətin yaş senzi 57-dək (hazırda 48-52 yaş), yüksək rütbəli zabit heyəti üçün 50-55 yaşadək, mayor, polkovnik-leytenantların xidmətdə olması üçün yaş həddi 60-dək (polkovnik-leytenatlar üçün hazırda 55-58 yaş), polkovnik və ali rütbəli zabitlərin yaşı həddi isə 63-dək (ali rütbəli zabitlər üçün yaş həddi hazırda da 63-dək) artırılır.

Hazırda Ermənistan ordusunda müqavilə əsasında xidmətin son yaş həddi 40-45-dir.

Mütəxəssislər hesab edirlər ki, Ermənistan Silahlı Qüvvələrində xidmət etmək istəyən hərbçilərin yaş senzinin artırlması orduda hərbçi çatışmazlığı ilə bağlıdır. Çünki Azərbaycan Ordusu İkinic Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edib, şəxsi heyətini sıradan çıxarıb. İtkilərin yerini dolduracaq kadr olmadığı üçün hazırda qulluq edən hərbçilərlə müqavilə müddətini uzatmaq üçün qanuni baza yaradılır.

Eyni zamanda Qarabağdakı məğlubiyyətdən sonra erməni gənclər orduda xidmət etmək istəmirlər.

İstinadlar Report