Ermənistanda hakimiyyəti silahlı yolla ələ keçirilməsinə hazırlaşmaqda şübhəli bilinən 8 nəfər saxlanılıb.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd olunub ki, “Səlibçilər” hərbi-vətənpərvər ictimai təşkilatının üzvləri əllərində olan silahlardan həyat və ya sağlamlıq üçün təhlükəli zor tətbiq etməklə hakimiyyəti ələ keçirmək barədə razılığa gəliblər.

İstinadlar Report