Ermənistanda keçirilən parlament seçkiləri ilə əlaqədar təşkil olunan “exit-poll”un nəticələri açıqlanıb

“Erkir media” telekanalının sifarişi əsasında Baltic Surveys/The Gallup Organization şirkətinin keçirdiyi “exit-pol”un nəticələrinə görə, hakim Respublika partiyası 46 faiz, “Tsarukyan” bloku isə 25 faiz səs toplayıb. Üçüncü yerdə “Yelk” bloku (10%), dördüncü yerdə isə “Daşnaksutyun” partiyası (5%) qərarlaşıb.
“Exit-poll” 125 məntəqədə 19 130 seçici arasında keçirilib.