
Ermənistanın Proşyan və Kasax kəndlərinin sakinləri yenidən etiraz aksiyası keçirərək bu kəndləri İrəvanla birləşdirən avtobus marşrutlarının ləğvi haqqında qərara yenidən baxılmasını tələb ediblər.
Etirazçılar Kotayk qubernatoru Aaron Saakyanın aksiyanın keçirildiyi əraziyə gəlməsini tələb edirlər. Əks halda onlar Aştarak-İrəvan yolunu bağlayacaqlar.
Kasax və Proşyanı İrəvanla birləşdirən 25 və 59 nömrəli avtobus marşrutlarının fəaliyyətinin dayandırılmasına etiraz edən sakinlər onların əvəzinə indi daha bahalı mikroavtobusların işlədiyini bildiriblər.
Etirazçılar yolu bağlamaq niyyətləri barədə əvvəlcədən xəbərdarlıq ediblər. Hadisə yerinə polis qüvvələri cəlb edilib.