Ermənistanda etirazçılar universitet binasına basqın etdi – VİDEO

Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən nümayişçilər universitet binasına basqın ediblər.
Onlar Yerevan Dövlət Universitetinin binasına daxil olublar.
Məlumata görə, aksiya iştirakçıları tələbələri etirazlara qoşulmağa çağırırlar.
Etirazçıların digər qismi isə Ermənistan Dövlət İqtisad Universitetinə daxil olmağa çalışsa da, polis onların qarşısını kəsib.
Ermənilərin Füzulidə viran qoyduqları daha bir kənddən görüntülər – VİDEO

Müdafiə Nazirliyi Füzuli rayonunun Sərdarlı kəndindən videogörüntülər yayıb.
“Report” görüntüləri təqdim edir:
Qubadlı rayonunun Tarovlu kəndindən videogörüntülər

Azərbaycan Müdafiə Nazirliyi Qubadlı rayonunun Tarovlu kəndindən videogörüntülər paylaşıb.
“Report” həmin görüntüləri təqdim edir.
Paşinyana ölən əsgərin məzarına gül qoymağa icazə vermədi – Video

Ermənistanın Baş naziri Nikol Paşinyan Vayosdzor bölgəsinə səfəri zamanı çıxılmaz vəziyyətdə qalıb.
Paşinyan buraya səfəri zamanı ikinci Qarabağ müharibəsində ölən əsgərlərin məzarlarını da ziyarət etmək istəyib. Lakin qəbiristanlıqda olan əsgər yaxınlarından biri Paşinyana məzarın üzərinə gül qoymağa icazə verməyib.
“Bu, qardaşımın məzarıdır. Mənim buna haqqım var. Sizə icazə vermirəm”, – deyə ölən hərbçinin yaxını Paşinyana bildirib.
O qeyd edib ki, məsul şəxslərdən heç biri ona qardaşının meyitinin tapmasına kömək etməyib, əksinə mane olublar.
Cəbrayılın Daş Veysəlli kəndinin görüntüləri – VİDEO

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Daş Veysəlli kəndindən videogörüntülər yayıb.
“Report” görüntüləri təqdim edir:
Vətən müharibəsinə həsr olunmuş sənədli film beynəlxalq mükafata namizəddir – VİDEO

“Vice News” xəbər kanalının Vətən müharibəsi dövründə çəkdiyi sənədli film Britaniyanın nüfuzlu “One World Media” mükafatına namizədlər siyahısına daxil edilib.
Bu barədə mükafatın rəsmi saytında məlumat yerləşdirilib.
“Azərbaycandakı hərbi əməliyyatların ön cəbhəsində” adlanın film “İlin xəbər mükafatı” nominasiyası üzrə mükafata namizəddir.
Qeyd edək ki, filmdə hərbi əməliyyatlar zamanı ermənilərin mülki əhaliyə qarşı törətdikləri cinayətlər əks olunur.
Məlumat üçün bildirək ki, “One World Media” mükafatı dünya KİV-də əksini tapmış ən yaxşı materiallara təqdim olunur. Builki seçimlərdə 96 ölkədən olan 500-dən çox iş iştirak edib.
Mükafatın qalibləri iyunun 17-də açıqlanacaq.
Filmin tam versiyasına bu linkdən izləyə bilərsiz.
KOBİA-dan leqal sahibkarlıq və rəsmi məşğulluğa dəstək – Video

“Kölgə iqtisadiyyatı”na qarşı mübarizə, o cümlədən qeyri-rəsmi məşğulluğun aradan qaldırılması və sahibkarlıq fəaliyyətinin rəsmiləşdirilməsi davamlı və dayanıqlı iqtisadi inkişafın mühüm amilləri sırasındadır.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) şəffaflıq prinsipinə əsaslanan və leqal sahibkarlıq fəaliyyətini təşviq edən layihə və təşəbbüsləri daim dəstəkləyir.
Bu yaxınlarda fəaliyyətə başlamış “Çak çuk” startap layihəsi belə təşəbbüslərdən olmaqla, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasını və düzgün uçotun aparılmasını təşviq edir.
Qeyd edək ki, ev təmizliyi, usta, bərbərxana və s. kimi 9 kateqoriya üzrə 180-ə yaxın xidmətin təqdim olunduğu “Çak çuk” (https://cakcuk.az/) onlayn platforması bu xidmətləri göstərən şəxsləri (icraçı) və bu xidmətlərə ehtiyacı olanları (müştəri) bir araya gətirir. Yalnız rəsmi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər platforma üzərindən xidmət təmin etmək üçün qeydiyyatdan keçə bilir.
Platforma üzrə ödənişlərin onlayn qaydada həyata keçirilməsi isə şəffaf mühasibatlığın aparılmasına imkan verir.
Startap layihəsinin vətəndaşlar üçün faydası ev xidmətlərinin bir platformada təqdim olunması, xidmət vaxtını və icraçını seçmək, sifariş prosesini izləmək və nəticəni qiymətləndirmək imkanı, görülən işə zəmanət verilməsidir. Ev xidmətləri göstərən iş axtaranlar üçün isə onlayn platforma davamlı olaraq iş imkanları təklif edir.

“Sonuncu” filmi Rotterdam Beynəlxalq Film Festivalında – VİDEO

Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə istehsal olunmuş “Sonuncu” adlı sənədli film Rotterdam Beynəlxalq Film Festivalının rəsmi proqramına seçilib.
Kinorejissor Fariz Əhmədovun “Sonuncu” sənədli filmi festivalın “Qısa və orta metraj” (Short & Mid-length) bölməsində iştirak edəcək.
Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı… 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır. Son nəfəsini də adada alır… Elə kamera qarşısında.
Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş kino mütəxəssisi Mateuş Çuxnovskidir.
Qeyd edək ki, Rotterdam Beynəlxalq Film Festivalı dünyanın ən vacib kino müsabiqələrindən biri sayılır. “A” kateqoriyalı festivalın adı Avropanın Kann, Venesiya, Berlin, Lokarno və digər böyük festivalları ilə yanaşı çəkilir.
2-6 iyun 2021-ci il tarixlərində festivalın 50-ci buraxılışı keçiriləcək. “Sonuncu” filminin geniş auditoriyaya ilk təqdimatı da məhz bu festival çərçivəsində baş tutacaq.
Məlumat üçün qeyd edək ki, kinorejissor Fariz Əhmədov hazırda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktorudur. Onun filmləri indiyə qədər bir çox beynəlxalq festivalların iştirakçısı və mükafatçısı olub.

Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri başlayıb – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda Raket və artilleriya qoşunları bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir.
Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.
Şəxsi heyətin peşəkarlığının artırılması məqsədilə keçirilən taktiki təlimlərdə müxtəlif çaplı toplardan və digər raket-artilleriya qurğularından nümunəvi döyüş atışları icra olunub. Real döyüş şəraitinə uyğun keçirilən təlimlərdə təyin olunan şərti hədəflər qoşunlarımızın dəqiq atəşi ilə məhv edilib.
Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla bölmələrin fasiləsiz idarəedilməsi, onların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə praktiki vərdişlərin təkmilləşdirilməsinə yönəldilən təlimlər davam edir.
68 kq narkotik, 16 min həb aşkar edildi – Video

Azərbaycanda 4 nəfərdən 70 kiloqrama yaxın narkotik aşkar edilərək götürülüb.
DİN mətbuat xidmətindən verilən məlumata görə, narkotik vasitələrin satışında şübhəli bilinən vətəndaş Orxan Səfərov saxlanılıb. Ondan 1 kiloqramdan artıq heroin, 103 qram metamfetamin, eləcə də, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi 1 ədəd plastik kart götürülüb.
Orxan Səfərovun paytaxt ərazisində yaşadığı evə baxış keçirən polislər oradan 29 kiloqram heroin, 5 kiloqram metamfetamin, 453 ədəd “Metadon” həbi, 2 ədəd elektron tərəzi və narkotik vasitələrin satışından əldə etdiyi pul vəsaitləri aşkar edərək götürüblər. O, izahatında narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini və onunla yalnız sosial şəbəkələr vasitəsi ilə əlaqə saxladığını bildirib.
Sumqayıt şəhərində vətəndaş Tural Məmmədov saxlanılıb. Onun üzərinə baxış zamanı 200 qrama yaxın heroin və metamfetamin aşkar edilib. Onun Sumqayıt şəhərindəki mənzilindən əlavə olaraq 5 kiloqram heroin, 3 kiloqram marixuana, 10 kiloqram metamfetamin, 6000 ədəd satışı qadağan olunan psixotrop tərkibli “Tramadol” və 9510 ədəd “Metadon” həbi, eləcə də, 1 ədəd elektron tərəzi aşkar edərək götürüblər.
Abşeron rayonunda yaşayan Afiq Əliyevin üzərindən 9 kiloqrama yaxın tiryək, 510 qram heroin və 1 kiloqram marixuana aşkar olunub.
Qeyd edək ki, bu şəxs xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyi narkotik vasitələri satış məqsədi ilə paytaxt, eləcə də ayrı-ayrı rayonların ərazisində əvvəlcədən müəyyən edilən ünvanlara yerləşdirməli imiş.
Vətəndaş Musəvi Musayevin üzərindən 4 qram heroin, təmir işləri ilə məşğul olduğu Sabunçu rayonunda yerləşən obyektdə isə gizlətdiyi 1 kiloqram 371 qram heroin, 1 kiloqram 220 qram marixuana, 22 qram metamfetamin, ümumilikdə 495 ədəd “Metadon” və “Metilin” həbləri, həmçinin, 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Bununla da Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən ümumi çəkisi 68 kiloqrama yaxın narkotik vasitə və 16 min 458 ədəd psixotrop tərkibli həblərin realizə olunmasının qarşısı alınıb.
Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Türkiyədə nazirin olduğu təyyarə təcili eniş edib – VİDEO

Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bəkir Pakdəmiri daşıyan təyyarə Malatyada təcili eniş edib.
Məlumatı “Hurriyet” yayıb.
Hava gəmisi Ankaradan Şırnaka uçurmuş.
Nazir Şırnaka Dövlət su işləri Baş İdarəsinin şöbə müdirliyinin açılış mərasimində iştirak etmək məqsədi ilə gedirmiş.
Məlumata görə, pilotlar təyyarədə nasazlıq olduğunu müəyyənləşdiriblər. Onlar təyyarədəkilərin həyatını riskə atmamaq üçün təcili eniş ediblər.
Özünü dənizə atan qadın belə xilas edildi – Video

Xəbər verdiyimiz kimi, dünən Bakı bulvarında intihara cəhd edən qadın xilas edilib.
Aprelin 15-də Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub. Dalğıc-axtarış qrupu tərəfindən vətəndaş xilas edərək aidiyyəti üzrə təhvil verilib.
Ötən sutka ərzində 13 nəfər, o cümlədən dənizdə batma təhlükəsi ilə üzləşmiş 1 nəfər şəxs xilas olunub.
Özünü Xəzər dənizinə atan qadının xilas edilməsi görüntülərini təqdim edirik:
Ağdamın Bağbanlar kəndindən görüntülər – VİDEO

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Ağdam rayonunun Bağbanlar kəndindən videogörüntülər yayıb.
“Report” həmin görüntüləri təqdim edir.
Qarabağ zəfərinə gedən yolun Aprel şəhidləri – VİDEO

Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri 2016-cı il aprelində erməni terrorçuları tərəfindən intensiv artilleriya atəşinə tutuldu. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri təxribatların qarşısını almaq və erməniləri geri oturtmaq üçün əks-hücum həmlələri döyüşlərə başladı. Tarixə Aprel döyüşləri kimi yazılan 4 günlük döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi.
Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu.
Bununla da Azərbaycan Ordusunun igid, qəhrəman oğulları öz qanı və canı bahasına təkcə cinayətkar erməni rəhbərlərinin keçilməz adlandırdığı səngərləri yox, eyni zamanda bu səngərlər haqqında haqqında yaradılan mifi də alt-üst etdilər.
Belə qəhrəman oğullarımızdan biri də şəhid Dəmirli Hüseyn Zeynal oğludur.
O, 4 avqust 1993-cü ildə Biləsuvar şəhərində anadan olub. 1999-2011-ci ildə Biləsuvar şəhər 4 saylı tam orta məktəbini bitirib.
2011-ci il oktyabrın 6-da Biləsuvar rayonunun Hərbi Komissarlığından hərbi xidmətə çağrılan Hüseyn Dəmirli nümunəvi əsgər kimi hərbi hissə rəhbərliyi tərəfindən bir neçə dəfə fəxri fərmanla təltif edilib. 2013-cü ildə hərbi xidmətini başa vursa da, 2014-cü ildə yenidən könüllü olaraq Beyləqan rayonunda yerləşən “N” saylı hissədə xidmətə başlayıb. Kiçik çavuş Dəmirli Hüseyn 2016-cı ilin aprel ayının 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən hərbi münaqişə zamanı qəhrəmancasına şəhid olub.
Hüseyn Dəmirli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi Xidmətdə Fərqlənməyə Görə” III dərəcəli medalı ilə təltif edilib.
Daha bir Aprel şəhidi Novruzov Fəraim Nadir oğludur. O, 1996-cı ildə Biləsuvar rayonunun Səmədabad kəndində anadan olub. 2000-2011-ci illərdə Səmədabad kənd tam orta məktəbində təhsil alıb.
Əsgər Fəraim Novruzov 2 aprel 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində baş verən hərbi münaqişə zamanı qəhrəmancasına həlak olub və doğulduğu Biləsuvar rayonunun Səmədabad kəndində dəfn edilib.
Ölümündən sonra Fəraim Novruzov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi Xidmətdə Fərqlənməyə Görə” III dərəcəli medalı ilə təltif edilib.
Biləsuvarlı Aprel şəhidlərindən daha biri Məmmədov Murad Vaqif oğlu, 17 aprel 1989-cu ildə Biləsuvar şəhərində anadan olub. Biləsuvar şəhər 4 saylı tam orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə başlayıb.
Xidmətini başa vurduqdan sonra Murad da könüllü olaraq xidmətini Milli Orduda davam etdirib.
3 aprel 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində baş verən hərbi münaqişə zamanı qəhrəmancasına həlak olub və Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Şəhid Murad Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “Hərbi Xidmətdə Fərqlənməyə Görə” III dərəcəli medalı ilə təltif edilib.
16 yanvar 2020-ci ildə Biləsuvar rayonu Heydər Əliyev adına parkda Aprel şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə “Zəfərə aparan yol” abidə kompleksi ucaldılıb.
Saxta şampun və kosmetik vasitələr satanlar saxlanılıb – Video

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keyfiyyətsiz, insan sağlamlığı üçün ciddi təhlükə yarada biləcək şampun və digər kosmetik vasitələrin satışını həyata keçirən şəxslər saxlanılıb.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, çoxsaylı şikayətlər əsasında həyata keçirilən əməliyyat zamanı Bakı şəhər sakini Fuad Abdullayev saxlanılıb. Ona məxsus paytaxtın Nizami rayonunda yerləşən anbara baxış zamanı kustar üsulla qablaşdırılmış mənşəyi məlum olmayan hazır şampunlar, digər kosmetik məhsullar, külli miqdarda etiketlər, holoqramlar, qapaqlar və sair ləvazimatlar aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, Fuad Abdullayev şəxsiyyəti istintaqa məlum olan hazırda xarici ölkələrdən birində gizlənən tanışı ilə cinayət əlaqəsinə girərək dəyərindən aşağı qiymətə mənşəyi məlum olmayan məhsulları qeyd edilən anbarda əvvəlcə boş qablara doldurub.
Daha sonra onlar həmin qabların üzərinə saxta “Brasil Botox-Keratin” əmtəə nişanlı etiket və holoqramlar yapışdıraraq orijinal məhsul adı ilə satışını həyata keçiriblər. Həmçinin, Fuad Abdullayev və tanışı sosial şəbəkələrdə özlərinə məxsus səhifələr yaradaraq qeyd edilən məhsulların onlayn satışını da təşkil ediblər. Həmin məhsullardan götürülən nümunələr əsasında keçirilən ekspertiza zamanı müəyyən olunub ki, aşkar edilən şampun, eləcə də, digər vasitələr keyfiyyətsiz olmaqla yanaşı, istifadəyə yarasızdır və insan sağlamlığına ciddi mənfi təsir göstərə bilər.
Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 200.1-ci (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat və istintaq tədbirləri davam etdirilir.
“Yaşma” yarımstansiyasını əsaslı şəkildə yenidən qurur – Video

“Azərenerji” Respublikanın şimal-şərq rayonlarının, eləcə də Abşeron yarımadasının enerji təchizatında mühüm əhəmiyyət kəsb edən, Rusiya və Azərbaycan enerjisistemləri arasında yük mübadiləsini həyata keçirən, strateji əhəmiyyətli 330, 220, 110 kilovoltluq “Yaşma” yarımstansiyasını əsaslı şəkildə yenidən qurur.
Enerjisistem üçün mühüm düyün nöqtəsi olan “Yaşma” yarımstansiyası 50 il əvvəl tikildiyindən istismar müddətini başa vurub.
Bu səbəbdən də tez-tez qısaqapanmalara, enerjisistemdə qəza vəziyyətinin yaranmasına səbəb olurdu. Bunun üçün müasir tələblərə cavab verən yeni avadanlıqlar quraşdırılır, avtotransformatorlar daha güclüləri ilə əvəz edilir, açıq paylayıcı qurğular genişləndirilir. Yarımstansiyada müasir avadanlıqlarla təchiz ediləcək yeni inzibati idarəetmə binası tikilir, məsafdən idarəolunan müasir SCADA dispetçer sistemi yaradılır.
Onu da qeyd edək ki, “Yaşma” yarımstansiyasına yeni tikilən “Qobu” yarımstansiyasından 42 km məsafədə 330 kilovoltluq yüksək gərginlikli elektrik xətti çəkilir. Ən əsası isə “Yaşma” yarımstansiyasında reaktiv gücün kompensasiyası istiqamətində əhəmiyyətli layihə gerçəkləşdirilir.
Belə ki, Azərbaycanın enerji sisteminin 2 əsas düyün nöqtəsində şuntlayıcı reaktorlar quraşdırılıb ki, onlardan biri məhz Respublikanın şimal-şərq rayonlarını, eləcə də Abşeron yarımadasını əhatə edən 330 kilovoltluq “Yaşma” yarımstansiyasında olacaq. Digər reaktor isə Qarabağ və ətraf rayonları əhatə edən 330 kilovoltluq “Goranboy” paylayıcı məntəqəsində quraşdırılır.
Azərbaycanın enerji sisteminin 2 əsas düyün nöqtəsində qoyulan şuntlayıcı reaktorlar yüksəkgərginlikli 330 kilovoltluq elektrik verilişi xətlərinin tutum reaktiv gücünü qəbul edərək tənzimləyəcək. Xətlərin ötürmə qabiliyyətini artırmaqla bərabər texniki itkiləri azaldacaq və bununla yükün keyfiyyətini yüksəltməyə, böyük miqdarda elektrik enerjisinə və maliyyə vəsaitinə qənaət etmiş olacaq.
Paşinyan Putini Fransa Prezidenti ilə səhv saldı – Video

Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün parlamentdəki çıxışında Rusiya dövlət başçısı Vladimir Putini Fransa Prezidenti adlandırıb.
Onun çıxışının videosu Ermənistan parlamentinin yutub kanalında yerləşdirilib.
Çıxışı zamanı Paşinyan dünya liderlərinin adlarını sadalamağa başlayıb və Fransa Prezidentinin adını dedikdən sonra Rusiya Prezidenti Vladimir Putini də “Fransa Prezidenti” adlandırıb.
Xatırladaq ki, 7 apreldə Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın Kremldə görüşü baş tutub.
Həmçinin baxın
Ermənilərin Füzulidə viran qoyduqları daha bir kənddən görüntülər – VİDEO
Vətən müharibəsinə həsr olunmuş sənədli film beynəlxalq mükafata namizəddir – VİDEO
Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri başlayıb – VİDEO
Müdafiə Nazirliyi ordunun ərzaq təminatı ilə bağlı məlumat yayıb – VİDEO
Rusiyada azərbaycanlı avtoriteti öldürən şəxs cinayəti etiraf edib – VİDEO
Azərbaycan Ordusunun Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib – VİDEO
İlham Əliyevlə Lukaşenkonun qeyri-rəsmi görüşü 5 saat davam edib – Video +
Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib – VİDEO
Ermənistan ordusunun bunkeri belə olub – Qənimətlər parkından videoreportaj
Bizi Facebook-da izləyirsiniz?
Bağla