Ermənistan ordusunun hərbi qulluqçusu Sevak Ovannisyanın ölümü ilə bağlı cinayət işi açılıb.

Bu barədə İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan məlumat verib.

İbtidai istintaq aparılır, saxlanılan yoxdur.

Hazırda hərbi müstəntiqlər hadisənin tam mənzərəsini aydınlaşdırmaq və hərbçinin ölüm səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər həyata keçirirlər.

İstinadlar Report