Ermənistan ordusunun sıravi əsgəri zabiti güllələyərək öldürüb.

Məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb.

Məlumata görə, həqiqi hərbi xidmət çağırışçısı sıravi A.K. tabeliyində olan silahla baş leytenent Mesrop Rubikoviç Qriqoryana öldürmək məqsədi ilə atəş açıb.

Nəticədə Silahlı Qüvvələrin baş leytenantı, 1985-ci ilin oktyabrın 18-də anadan olmuş M.Qriqoryan hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlayıb. Sıravi A.K. saxlanılıb. İstintaq davam edir.

İstinadlar Report