Ermənistan silahlı qüvvələrinin sıravi əsgəri Yurik Broyan müalicə olunduqdan sonra ordu sıralarına qayıtmaqdan imtina edib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsurun Ovannisyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, iyulun 15-də hərbi polis əməkdaşları əsgəri müalicə olunduğu yerdən hərbi hissəyə müşayiət etmək istəyiblər: “Ancaq Broyan tibbi müəssisədə olmayıb. Bildiriblər ki, o, xəstəxanadan ayrılaraq naməlum istiqamətə gedib. Hərbi polis əməkdaşları Broyanın anası ilə əlaqə saxlayıblar. Anası bildirib ki, oğlu hərbi hissəyə qayıtmaq istəmir”.

Qeyd edək ki, Yurik Broyan iyunun 6-dan psixoloji vəziyyəti ilə əlaqədar Ermənistanın Milli Mərkəzində müalicə olunub.

Xatırladaq ki, iyulun əvvəlində Ermənistan ordusunun 19 yaşlı əsgəri Narek S. məzuniyyətdən sonra xidmət etdiyi hərbi hissəyə qayıtmaqdan imtina edib.

İstinadlar Report