Ermənistan ordusunun əsgəri, 19 yaşlı Erik Karsyanın ölüm səbəbi məlum olub.

O, intihar edib. İstintaq Komitəsi E.Qarsayanın ölüm faktı ilə bağlı cinayət işinin başlandığını elan edib.

İlkin məlumata görə, o, özünə atəş açıb. Qeyd edilir ki, Qarsayan ona təhkim edilmiş AKM avtomatından döş qəfəsi nahiyəsinə atəş açıb.

Yaralı hərbi tibb məntəqəsinə aparılıb və onun öldüyü məlum olub.

Hazırda istintaq və digər əməliyyat tədbirləri davam etdirilir.

İstinadlar Report