Ermənistanın Araqasotn vilayətinin Şamiram kəndində kütləvi qətl törədən Telman Kalaşyan ömürlük azadlıqdan məhrum edilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

“Məhkəmə T.Kalaşyanı dörd nəfəri öldürməkdə və yeddi nəfəri yaralamaqda təqsirli bilib və onu ömürlük həbs cəzasına məhkum edib”, – məlumatda bildirilib.

Hadisə 2017-ci il avqustun 1-də Şamiram kənd qəbiristanlığı yaxınlığında keçirilən yas mərasimi zamanı baş verib. İş materiallarına əsasən, Kalaşyan anım mərasiminin keçirildiyi məkana daxil olub və orada olanlara atəş açıb. Nəticədə dörd nəfər hadisə yerində ölüb, yeddi nəfər xəstəxanaya yerləşdirilib.

İstinadlar Report