Ermənistan parlamentinin “Hayastan” fraksiyasından olan 36 yaşlı deputatı Mqer Saakyanın ölümü ilə bağlı cinayət işi açılıb.

Bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Cinayət işi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması maddəsi ilə (Ermənistan Cinayət Məcəlləsinin 342-ci maddəsinin 2-ci bəndi) açılıb.

“Hazırda qəzanın ilkin versiyası yoxdur”, – qurumdan bildirilib.

İstinadlar Report