Ermənistanda koronavirusun “Delta” və “Britaniya” ştammlarına yoluxma halları aşkar olunub.

Bu haqda məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Məlumatda qeyd olunur ki, COVİD-19 infeksiyası üçün test nümunələrinin molekulyar-genetik tədqiqatı həyata keçirilib. 

“Tədqiqat zamanı araşdırılan 30 nümunədən 4-də “Britaniya”, 25-də isə “Delta” ştammı aşkarlanıb”, – deyə nazirliyin məlumatında vurğulanıb.

İstinadlar Qafqazinfo