Ermənistanın Gümrü şəhərinin meri Samvel Balasayan koronavirusa yoluxub.

Bunu Balasyanın mətbuat katibi Sona Arakelyan “Sputnik Armeniya”ya bildirib.

Onun sözlərinə görə, şəhər meri işə çıxmır. Sona Arakelyan bildirib ki, merliyin 26 əməkdaşı da koronavirusla bağlı test verib. Onların testinin nəticəsi mənfi çıxıb.

Bir müddət əvvəl merin müavini Ayk Sultanyanın COVID-19 yoluxduğu təsdiqlənib.

İstinadlar Report