Ermənistan ədliyyə naziri Rüstəm Badasyan çox güman ki, vəzifəsindən azad ediləcək.

Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Qəzetin qeyd etdiyinə görə, Ermənistan polisinin keçmiş rəis müavini Ovannes Köçəryan nazir vəzifəsinə namizədlər arasında olsa da, o, belə təklifi rədd edib.

“Hazırda hökumət iki qadın – keçmiş ədliyyə nazirinin müavini, hazırda baş nazirin müşaviri olan Anna Vardapetyan və nazirin hazırkı müavini Kristina Qriqoryan arasında seçim edir”, – nəşr bildirib.

Qeyd edək ki, R.Badasyan 2019-cu il iyunun 19-da Ermənistanın ədliyyə naziri təyin edilib.

İstinadlar Report