Ermənistanda son sutkada daha 419 nəfərdə COVID-19 aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 340 396-ya çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 25 nəfər artaraq 7 669-a yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 454 nəfərdir. İndiyədək 320 439 pasiyent infeksiyadan sağalıb.

İstinadlar Report