Ermənistanda daha 973 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 78 810-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı rekord sayda – 16 nəfər artaraq 1 196-ya çatıb. İndiyədək 51 162 nəfər infeksiyadan sağalıb.

İstinadlar Report