Ermənistanda son sutkada koronavirusa 1 014 yoluxma qeydə alınıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 206 142-yə çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 23 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 817 nəfərə yüksəlib.

Koronavirusdan sağalanların sayı isə 185 125-ə çatıb. Hazırda 16 236 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

İstinadlar Report